MƏDƏNİYYƏT


Çində Pion Gülü Beynəlxalq Kommunikasiya Forumu keçirilir

Çinin Şandon vilayətinin Hıcı şəhərində Pion Gülü Beynəlxalq Kommunikasiya Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, forumun keçirilməsində məqsəd xalqlar arasında mədəni mübadilənin, ünsiyyətin dərinləşdirilməsinə töhfə vermək və müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı təşviq etməkdir. Forumda bir çox ölkələrdən olan həm mədəniyyət, həm də beynəlxalq kommunikasiya ekspertləri iştirak edirlər.