Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biləsuvarlı qalayçı xalq sənətini unudulmağa qoymur

13.04.2024 [12:45]

Xalqımızın ən qədim sənət növləri bu gün də milli kimliyimiz və dünya xalqları içərisində zəngin tarixi keçmişimizin sərgilənməsində böyük önəm daşıyır. Yaşı əsrlərlə ölçülən belə sənət növlərindən biri də qalayçılıqdır. Vaxtilə ölkəmizin bir çox şəhər və rayonlarında geniş yayılan bu qədim sənət, indi də bölgələrdə barmaqla sayılan nadir sənətkarlar tərəfindən qorunub saxlanılır.