MƏDƏNİYYƏT


Həsirçi: Bu əl işlərinə maraq həddindən artıq azdır

Ökəmizdə hələ ta qədimdən təşəkkül tapmış xalq sənəti növlərindən biri də həsirçilik sənətidir. Hazırda unudulmaq üzrə olan bu sənət Azərbaycanın cənub bölgəsində davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cənub bölgəsində həsirçiliyin inkişafı buranın iqlim şəraiti ilə bağlı olub. Çünki buranın havası nəmli olduğundan rütubətdən qorunmaq üçün ən yaxşı vasitələrdən biri həsir sayılır.