Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub
19.04.2024 [20:48]
Xəbərin mətni
Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, noyabrın 24-dək davam edəcək 60-cı Venesiya Biennalesi “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında keçirilir.
Azərbaycan pavilyonu Venesiyada 16-cı əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşir və “Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunaraq, biennalenin şüarını özündə əks etdirir.