MƏDƏNİYYƏT


Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

Bu ilin may ayında ölkəmiz “Bakı Prosesi” çərçivəsində artıq altıncı dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. “Bakı Prosesi” 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış və mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platformadır. Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.