“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib
28.04.2024 [17:55]
Xəbərin mətni
“Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək FAHREE və İlkin Dövlətovun ifasında səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib.
Bu barədə AZƏRTAC-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən məlumat verilib.