MƏDƏNİYYƏT
Laçındakı xalçaçılıq mərkəzində ilk xalça - “Qasımuşağı” çeşnisi toxunub
29.04.2024 [17:43]
Xəbərin mətni
Laçın şəhərində yerləşən “İslimi” Xalçaçılıq Mərkəzində çalışan xanımlar burada birinci əl işlərini tamamlayıblar. Mərkəzdə ilk toxunan xalçada Laçının “Qasımuşağı” çeşniləri öz əksini tapıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçındakı Xalçaçlıq Mərkəzində elə rayon sakinləri olan xanımlar çalışırlar. Burada müxtəlif ölçülərdə xalçalar toxunulması üçün dəzgahlar və digər avadanlıqlar mövcuddur.