MƏDƏNİYYƏT


Soltan Məmmədov: Azərbaycan bəşəriyyətin ümumi sərvəti hesab olunan dəyərlərin mühafizəsində fəal iştirak edir

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu tarixin indiki çətin və ziddiyyətli dövründə müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmanı təşviq edən, etnik, dini və mədəni amillərdən irəli gələn fərqliliklərdən ümumbəşəri idealların həyata keçirilməsində təsirli alət kimi faydalanmağın yollarını axtaran unikal müzakirə platformasıdır. Multikultural ənənələri ilə özünü dünyada tanıtmağa müvəffəq olmuş Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə mədəniyyətlərarası dialoqa töhfə vermək, qlobal əhəmiyyətli məsələlərin həllində fəal iştirak etmək niyyətini ifadə edir.

AZƏRTAC xəbər verir ki, bu fikriləri Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı panel sessiyasında çıxışı zamanı söyləyib.