Adil Kərimli: Azərbaycanda müxtəlif din və ənənələrə sahib insanlar hər zaman sülh içərisində yaşayıb
01.05.2024 [17:11]
Xəbərin mətni
Dünyada gərginlik və qarşıdurmaların yaşandığı bir vaxtda Azərbaycan bütün inanc ənənələrinin davamçılarının çiyin-çiyinə, hörmət və anlayışla yaşadığı ölkə olaraq qalır. Bu, tariximizin qiymətli mirasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən nazirlərin 5-ci görüşündə deyib.