Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anatoli Markeviç: Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq

01.05.2024 [18:17]

Xəbərin mətni

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox əhəmiyyətlidir. Tədbir sülhün təşviqini təbliğ edir, bu, çox dəyərlidir. AZƏRTAC xəbər verir ki, bu sözləri Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən nazirlərin 5-ci görüşündə söyləyib.