Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
02.05.2024 [16:30]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hartı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Selvin Çarlz Hart BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş etdi.
Qonaq BMT-nin Baş katibinin Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak etmək niyyətində olduğunu bildirdi.