CƏMİYYƏT


“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

Medianın İnkişafı Agentliyinin (MEDİA), Media Təhlil Mərkəzinin, “EDUAZ Co” MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib. MEDİA-dan AZƏRTAC-a verilən məlumata görə, “Eduaz.com” platformasında təqdim edilən kursun əsas məqsədi müasir media mühitində dəyişən tendensiyaları nəzərə alaraq media sahəsində təlimlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, media nümayəndələrinin fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin hər kəs üçün əlçatanlığının təmin olunmasıdır.