MƏDƏNİYYƏT


Bu gün Azərbaycan təmsilçiləri "Avroviziya"da çıxış edəcək

Bu gün İsveçin Malmö şəhərində 68-ci "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutacaq. Birinci yarımfinalda 15 ölkə çıxış edəcək və onlardan 10-u əsas finala vəsiqə qazanacaq. Azərbaycan təmsilçiləri də bu gün çıxış edəcəklər. Ölkəmizi yarışmada Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısı ilə təmsil edəcək. Onlar səhnəyə 12-ci çıxacaqlar. Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq.