Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

07.05.2024 [13:18]

Xəbərin mətni

Ötən illər ərzində Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərmişik. Bizim hüquqi bazamız genişlənib, ölkələrimiz arasında 11 sənəd imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov mayın 7-də Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda deyib.