Azərbaycan Dövlət İnformasiya Agentliyi

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb

07.05.2024 [16:21]

Xəbərin mətni

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.