MƏDƏNİYYƏT


Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Zaqreb şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xorvatiyanın siyasi xadimləri, parlament üzviləri, dövlət qurumlarının rəsmiləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.