Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Azərbaycan hərbçilərinin iştirak etdiyi “Anadolu Ankası–2024” təlimində ekipaj üzvünün təxliyəsi icra olunub

13.05.2024 [11:58]

Xəbərin mətni

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” (“Anatolian Phoenix – 2024”) beynəlxalq axtarış-xilasetmə təlimində növbəti tapşırıqlar icra edilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimin planına uyğun olaraq, qəzaya uğramış ekipaj üzvünün paraşüt-desant və axtarış-xilasetmə qrupları tərəfindən şərti düşmən arxasında axtarışı, aşkarlanan ekipaj üzvünün yerində sorğulanması və təxliyəsi üzrə fəaliyyətlər uğurla icra olunub.