Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistanda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsert təşkil olunub

14.05.2024 [19:08]

Xəbərin mətni

Azərbaycanın Özbəkistandakı səfirliyi, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Özbəkistan Dövlət Konservatoriyasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsert təşkil edib.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin həyat yolu və çoxşaxəli fəaliyyəti ilə bağlı fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.