MƏDƏNİYYƏT


Moskvada “Qelikon-opera”nın səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub

Moskvadakı “Qelikon-opera”nın səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun təşkil etdiyi konsertdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Rusiya ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, Azərbaycan diasporunun görkəmli təmsilçiləri iştirak ediblər.