MƏDƏNİYYƏT


UNESCO-nun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı kəlağayı sərgisinin açılışı olub

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Kəlağayı sənətinin UNESCO Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə qurumun mənzil-qərargahında “Rəmzlərin rəqsi” adlı sərginin açılışı olub.
Sərginin açılışında Azərbaycanın Fransa və Monakodakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəliklərin səfirləri və diplomatları, yerli incəsənət nümayəndələri, jurnalistlər iştirak ediblər.