MƏDƏNİYYƏT


Parisdə “Türk mətbəxi” həftəsi çərçivəsində Ege bölgəsinin təamları təqdim olunub

Zəngin türk mətbəxinin tanıdılması məqsədilə 2021-ci ildən Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü və himayəsi altında dünyanın bir çox ölkələrində mayın 21-dən 27-dək “Türk mətbəxi həftəsi” keçirilir.
AZƏRTAC xəbər verir ki, UNESCO yanında Türkiyə daimi nümayəndəliyi tərəfindən Parisdə təşkil edilən “Türk mətbəxi həftəsi” çərçivəsində Ege bölgəsinin təamları təqdim olunub.