Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaqlara qarşı törədilmiş hüquq pozuntuları ilə bağlı konfrans keçirilib

24.05.2024 [15:09]

"Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilib. Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oqtay Kərimov qeyd edib ki, cinayətlərin, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş zorakılıq əməllərinin qarşısının vaxtında alınması və operativ tədbirlər görülməsi məqsədilə nazirlikdə “102” Xidməti-zəng mərkəzi, elektron poçt ünvanı, “Qaynar xətt” kimi sistemlər, E-polis və digər sosial şəbəkə hesabları fəaliyyət göstərir.