Güclü külək Gəncədə fəsadlar törədib
25.05.2024 [14:29]
Xəbərin mətni
Gəncədə güclü külək bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün səhər saatlarından başlayan güclü külək şəhərin S.Rəhimov küçəsində irigövdəli ağacı yola aşırıb. Bundan başqa, bir neçə yerdə ağaclar qırılıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.