Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan şəhərinə dolu yağıb

25.05.2024 [16:51]

Xəbərin mətni

Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi zonalarında qeyri-sabit hava şəraiti hökm sürür.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, günorta saatlarında muxtar respublikanın bəzi rayonlarına və Naxçıvan şəhərinə güclü yağış yağıb, dolu düşüb.
Hazırda yağışlı hava şəraiti davam edir.