Şuşa şəhərində daha 32 ailəyə mənzillərinin açarları təqdim olunub
25.05.2024 [17:17]
Xəbərin mətni
Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 32 ailə olmaqla, 125 nəfər Şuşa sakini doğma yurduna qovuşub.