Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Kür çayı Tovuz rayonunda da fəsadlar törədib

27.05.2024 [18:46]

Xəbərin mətni

Kür çayındakı daşqınlar səbəbindən Tovuzda da əkin və otlaq sahələri, meyvə bağları su altında qalıb.
AZƏRTAC xəbər verir ki, Kür çayı daşaraq məcrasından 2 kilometr kənara çıxıb. Tovuzun Hunanlar kəndi ərazisində çayətrafı əkin sahələri, ərik bağları və biçənəklər sel sularının altında qalıb. Kənd sakinləri əsasən kök və çuğundur əkini ilə məşğul olur. Hektarlarla ərazi, tonlarla məhsul yararsız hala düşüb. Onun da 180 hektarı təkcə əkin sahələrinin payına düşür.