MƏDƏNİYYƏT


Türkiyədə tarixi canlandıran azərbaycanlı rəssamın arzusu Qarabağ Zəfərini əks etdirən panorama muzeyi yaratmaqdır

Bu gün İstanbulun fəthindən 571 il ötür. 1453-cü il aprelin 6-dan mayın 29-dək davam edən gərgin mühasirənin ardından 21 yaşlı Fateh Sultan Mehmedin komandanlığı altındakı Osmanlı Ordusu Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopolu fəth edir. Osmanlını bir imperiyaya çevirən, adını dünya hərb tarixinə qızıl hərflərlə yazdıran bu fəth bəzi tarixçilər tərəfindən orta çağın sonu yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.