Azərbaycan Dövlət İnformasiya Agentliyi

İzmirdə "Efes-2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

30.05.2024 [16:46]

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti mayın 30-da İzmir şəhərində “EFES - 2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.
Nümayəndələr Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra "Türk Ulduzları"nın nümunəvi uçuşlarını və paraşüt atlayışlarını izləyiblər.