Kişineuda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
31.05.2024 [16:57]
Xəbərin mətni
Moldovanın paytaxtı Kişineuda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, Moldova Parlamentinin deputatları, Xarici siyasət və Avropaya inteqrasiya komitəsinin sədri İna Koşeru, Moldova-Azərbaycan Parlament Dostluq Qrupunun sədri Vitali Jakot iştirak ediblər.