COP29


COP29 ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib

İyunun 3-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddətdə COP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işlər barədə məlumat verib.