ORDU
“Qafqaz Qartalı – 2024” birgə təlimində düşmənin komanda-idarəetmə məntəqələri sıradan çıxarılıb, canlı qüvvəsi zərərsizləşdirilib
06.06.2024 [19:42]
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” birgə təlimi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə xüsusi təyinatlılar şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra ediblər.
Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib.
Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
09.10.2024 [20:16]
09.10.2024 [18:20]
09.10.2024 [10:04]
12.10.2024 [12:47]
11.10.2024 [19:06]
13.10.2024 [12:36]
07.10.2024 [19:41]
07.10.2024 [16:29]
13.10.2024 [19:13]
13.10.2024 [19:10]
11.10.2024 [20:25]
12.10.2024 [11:35]
10.10.2024 [16:29]
08.10.2024 [17:18]
23.09.2024 [11:32]