COP29


Muxtar Babayev: Azərbaycan COP29-a ciddi şəkildə hazırlaşır

“Azərbaycan COP29-a ciddi şəkildə hazırlaşır və bu gün Bonnda müvafiq sənədlərin imzalanması həyata keçirildi. Ölkə üzrə yaxın gələcəkdə böyük müqavilənin də bağlanması gözlənilir. Hazırda Azərbaycan tərəfi tədbir yerinin hazırlanması, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, protokol və s. olmaqla kompleks məsələlər üzərində böyük komanda ilə iş aparılır. Bu istiqamətdə böyük siyasi dəstək də mövcuddur”.