Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Şamaxıda Hava Şarları Festivalı keçirilir

08.06.2024 [16:49]

Xəbərin mətni

İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçirilir.
AZƏRTAC xəbər verir ki, bu gün səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.
Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.