MƏDƏNİYYƏT


Şamaxıda keçirilən Hava Şarları Festivalı başa çatıb

Şamaxıda keçirilən Hava Şarları Festivalı (Balloon Festival) iyunun 9-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, festivalın ikinci günündə festival çərçivəsində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri kəndi üzərində nümayişi keçirilib.
İzləyicilər hava şarlarının heyranedici görünüşünün şahidi olublar.
Festival zamanı Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində konsert və əyləncə proqramı da təşkil olunub.