Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəlbi ilə görüb, barmaqları ilə oxuyan əzmkar Zəkəriyyə

10.06.2024 [14:55]

Xəbərin mətni

O, başqalarından fərqli olaraq dünyaya gözləri ilə yox, barmaqları ilə baxır. Zəkəriyyə 1988-ci il iyulun 11-də Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. Dərvişli kənd orta məktəbində birinci sinfə gedib. Lakin həmin vaxtadək həyatına başqa uşaqlar kimi davam etsə də, 6 yaşında gözlərinə mirvari suyu gəlib və bu hadisədən sonra bir gözü tutulub. Lakin bununla yekunlaşmayıb. Həyatın imtahanları bir qədər sonra onu yenə də sınağa çəkib. İkinci sinfə gedəndə Zəkəriyyənin sağ gözü zəifləməyə başlayıb və 12 yaşında digər gözü də nurunu itirib. Beləliklə, onun gözlərinin hər ikisi tamamilə tutulub.