COP29


Bonnda COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan bəzi təşəbbüslərin təqdimatı keçirilib

İyunun 12-də Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri Konfransı çərçivəsində COP29 Sədrliyi Fəaliyyət Gündəliyinə daxil olan bəzi təşəbbüslərin təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bu həftənin əvvəlində keçirilmiş COP29 Sədrliyinin vizyon və strategiyası üzrə qeyri-rəsmi məsləhətləşmələrdə iştiraklarına görə nümayəndələrə təşəkkürünü bildirib. O, COP29-un sədrlik təşəbbüslərinin məqsədinin iqlimlə bağlı fəaliyyətlərin inkişafından və vətəndaş fəallığının təşviqindən ibarət olduğunu bildirib.