Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakı şəhəri 10 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri

14.06.2024 [12:58]

Xəbərin mətni

İyunun 14-də Bakı şəhəri Nizami rayonu 10 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən məktəbin direktoru Şəfayət Orucova bu günün XI sinif şagirdlərinin həyatında qürurverici günlərdən biri olduğunu deyib. Direktor vurğulayıb ki, bu gün bütöv Azərbaycanda “Məzun günü” keçirilir. Ş. Orucova məzunlara uğurlar arzulayıb və müstəqil həyatda yollarının açıq olmasını diləyib.