MƏDƏNİYYƏT


İtaliyanın qida və içki sektorlarının təbliğinə həsr olunmuş silsilə tədbirlər keçirilib

İyunun 19-da İtaliya Ticarət Agentliyinin Bakı ofisi İtaliyanın Azərbaycandakı səfirliyinin əməkdaşlığı ilə “Made in Italy” brendinə məxsus qida və içki sektorlarının təbliğatına həsr olunmuş silsilə tədbirlər keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko və İtaliya Ticarət Agentliyinin Bakı ofisinin direktoru Andrea Makkanikonun iştirakı ilə mətbuat konfransı təşkil edilib.