İDMAN


Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisi İtaliyanın Parma şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə uğurla çıxış edib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Olimpiya Ehtiyatları Gimnastika Məktəbini təmsil edən idmançılar müxtəlif yaş qruplarında ümumilikdə 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıblar.