MƏDƏNİYYƏT


Budapeştdə bəstəkar Eldar Mansurovun yaradıcılıq gecəsi keçirilib

Budapeşt şəhərində Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Xalq artisti Eldar Mansurovun “Symphonic Gravures” adlı yaradıcılıq gecəsi keçirilib. AZƏRTAC xəbər verir ki, gecə Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Münhen Yeni Filarmoniyasının və Bakı Kamera Orkestrının baş dirijoru, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Macarıstanın “Szolnok Symphony” orkestrinin və Əməkdar artist Nərgiz Kərimovanın ifası ilə Ferents List Akademiyasının konsert salonunda reallaşıb. Yaradıcılıq gecəsində Eldar Mansurovun “Bayram Uvertürası”, “Kədərli mövzu”, “Tanqo”, “Taleyim”, “Bir daha”, “Bir şey səhvdir”, "Neftçilər Uvertürası”, “Pilqrim” , “Vokaliz”, “Lirik rəqs”, “İlk sevgi” və “Olimpiya Himni” kimi tanınmış əsərləri səsləndirilib.