Astana: 100 milyard dollarlıq möcüzə şəhər
25.06.2024 [15:32]
Astanada ənənə ilə yeniliyin vəhdəti ilk baxışdan diqqət çəkir. Şəhərin vizit kartı futurizm və milli kolorit elementlərini birləşdirən unikal memarlığıdır. Göylərə ucalan göydələnlər, fərqli görünüşlü binalar və geniş meydanlar şəhərin gələcəyə açıq olduğunu nümayiş etdirir. Astana dünyanın ən yaxşı 30 şəhəri siyahısına daxil edilib. Paytaxtın Astanaya köçürülməsindən bu yana şəhərə 100 milyard dollardan çox sərmayə qoyulub.