Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Müzəffər Ordu, şanlı zəfərlər - Silahlı Qüvvələrimiz 106 yaşında

26.06.2024 [17:01]

Tarix saysız döyüşlərə şahidlik edib. Dünyanın bir çox yerlərində savaş izləri var. Ancaq bu cür bir yerin analoqu, yox deyə biləcəyimiz qədər azdır. Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun qazandığı zəfərin necə şanlı olduğunu isbat edir. Burada biz düşmənin 30 ildə qurduğu ağlasığmaz müdafiə xəttini görürük və bunu yerlə-yeksan edən ordu şübhəsiz ki hər kəsdə heyrət doğurur.