Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzuliyə dolu yağıb

26.06.2024 [22:37]

Xəbərin mətni

Bugün hava şəraiti Füzulidə də külək və yağıntı ilə müşahidə edilib. Rayonun Qayıdış qəsəbəsi ərazisinə isə dolu yağıntısı düşüb. Saat 17 radələrində başlayan yağış bir müddət sonra doluya çevrilib və dolu dənələrinin diametri 1 sm-ə yaxın olub.