Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemi ilə bağlı layihə ətrafında iş gedir

27.06.2024 [16:35]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərdə UNEP-in dəstəyi ilə tikinti tullantılarının xammala çevrilməsinə dair yeni layihələr icra edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-la bağlı keçirilən brifinqdə deyib.
Nazir yeni layihələr haqqında məlumat verib: “Azərbaycanda erkən xəbərdarlıq sistemi ilə bağlı layihə ətrafında iş gedir. Biz bu gün bir daha niyyətlərimizi təsdiq etdik, qarşıdakı müddətdə onların icrası həyata keçiriləcək”.