COP29


Yan Vanmin: Azərbaycan COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir

Azərbaycana səfərim zamanı COP29 Əməliyyat Şirkətinin Məşvərət Şurasının rəhbərliyi ilə görüşdüm. Noyabrda Bakıda keçiriləcək COP29-la bağlı fikir mübadiləsi apardıq. Əvvəla, biz COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərimizi çatdırdıq. Biz COP29 çərçivəsində müxtəlif ölkələrin yerli hökumətləri ilə iqlim dəyişikliyi problemlərinin həlli istiqamətində məsələləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı inkişaf etdirmək üçün “Çin guşəsi”ndə tematik paralel tədbirlər keçirməyi planlaşdırırıq.
Bu fikirləri Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Xalq Assosiasiyasının sədri Yan Vanmin AZƏRTAC-a müsahibəsində deyib.