MƏDƏNİYYƏT


Yaşı 100-ü keçən Milli Kitabxana REPORTAJ

Yaşı 100-ü keçən Milli Kitabxananın açılışı 1923-cü il mayın 23-də olub. Cəmi 5212 nüsxə kitabla fəaliyyətə başlayan Azərbaycan Milli Kitabxanasının fondunda bu gün 5 milyona yaxın kitab var. Milli kitabxananın fondu bir də 1995-1997-ci illərdə daha da zənginləşib. Bu isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndər öz şəxsi kolleksiyasından 300 nüsxəyə yaxın kitabı Milli Kitabxanaya hədiyyə edib. Hazırda həmin əsərlər Ulu Öndərə həsr olunan guşədə nümayiş olunur. Ümummilli Liderin Məkkəyə gedərkən gətirdiyi “Quran-i Kərim” də bu kitablar arasında mühafizə olunur.