Azərbaycan Dövlət İnformasiya Agentliyi

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir

01.07.2024 [18:28]

Xəbərin mətni

Rusiya-Ukrayna müharibəsi dönəmində dini, tarixi abidələr də ciddi ziyan görüb. Bunlardan biri də Ukraynanın ən böyük kafedral kilsələrdən biri hesab olunan Odessanın pravoslav kilsəsidir. Ötən il iyulun sonunda kilsəyə raket hücumu nəticəsində dini məkanın bir hissəsi yararsız hala düşüb. AZƏRTAC xəbər verir ki, hazırda kilsədə təmir işləri aparılır.