İQTİSADİYYAT


Çinin yük avtomobilləri Orta Dəhliz vasitəsilə daşımalara başlayıb

Çinin yük avtomobilləri Transxəzər beynəlxalq nəqliyyat dəhlizi - Orta Dəhliz vasitəsilə Çin-Avropa marşrutu üzrə yük daşımalarına başlayıb.
AZƏRTAC xəbər verir ki, 26 yük avtomobilindən ibarət konvoy iyulun 3-də Qazaxıstanın Kurik limanından gəmi-bərəyə yüklənərək, Bakıya yola salınıb. Çindən yük qatarı ilə gələn 110 konteyner eyni vaxtda Aktau limanında bərəyə yüklənib. Bununla əlaqədar keçirilən mərasimə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və bu ölkədə səfərdə olan Çin Xalq Respublikasının Sədri Si Cinpin videobağlantı ilə qoşulublar.