MƏDƏNİYYƏT


III Milli Yaylaq Festivalı başlayıb

Göygöl rayonunda növbəti Milli Yaylaq Festivalı keçirilir. Milli Yaylaq Festivalı 5-7 iyul tarixlərini əhatə edəcək. Festival şərti olaraq üç hissədən ibarətdir: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və eko-etnoturizm. Qeyd edək ki, festivalın ilki 2019-cu ildə Gədəbəy rayonunda, ikincisi 2022-ci ildə Göygöl rayonunda keçirilib.