Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib

06.07.2024 [10:00]

Xəbərin mətni

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək məqsədilə iyulun 6-da Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.